Ağstafada məktəbdə müəllim iş yoldaşını döyüb
Ağstafa şəhərində yerləşən təhsil müəssisələrindən birində müəllimlər arasında əlbəyaxa dava baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə qeydə alınıb. Dərs bölgüsü üstündə yaranan mübahisə nəticəsində 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P. Məmmədova xəsarət alıb.
Qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən müəllimin hazırda vəziyyətinin kafi olduğu bildirilir. P. Məmmədova ifadəsində iş yoldaşı S. Əhmədovanın onu döyərək xəsarət yetirdiyini iddia edib.
Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində ekspertiza təyin olunub və hazırda araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.