Aİ-də qanunsuz miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlanacaq
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Münhendə keçirilən danışıqlarda Seuta böhranı fonunda qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə vahid mexanizmin hazırlanması barədə razılığa gəliblər.
hadiseler.info “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və Aİ-nin 17 ölkəsindən olan həmkarları İspaniyanın Seuta şəhərində yaşanan analoji böhranlara operativ reaksiya vermək üçün xüsusi plan hazırlamaq niyyətindədirlər. Məlumat üçün bildirək ki, İspaniya nümayəndələri bu danışıqlarda iştirak etməyiblər.
Təklif olunan plan üç əsas bəndi əhatə edir:
1. Sərhəddəki vəziyyətin fövqəladə hal kimi tanınması üçün Aİ üzrə vahid meyarların müəyyən edilməsi;
2. Fövqəladə vəziyyətlərdə miqrantların ölkədən sürətləndirilmiş qaydada çıxarılması haqqında razılaşma;
3. Xarici sərhədlərdə böhranla üzləşən Aİ ölkəsinə 24 saat ərzində “Frontex”in çevik reaksiya qüvvələrinin göndərilməsini təmin edən dəstək mexanizminin yaradılması.
Qeyd edək ki, iyulun sonlarında Mərakeşdən Seutaya kütləvi miqrant axını baş verib və bu böhran hələ də davam edir. İndiyədək 70 minə yaxın insan İspaniyadan geri qaytarılıb.
No Comment! Be the first one.