Qazaxıstana yeni müdafiə naziri təyin edildi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin müdafiə naziri postuna yeni təyinat edib.
hadiseler.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, Aydos Sakenoviç Mırzaxmetov Qazaxıstan Respublikasının müdafiə naziri təyin olunub.
Qeyd edək ki, Aydos Mırzaxmetov 2002-ci ildə Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib və 2024-cü ilin yanvarından Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsində çalışıb. O, bu postda Xəzər dənizindəki təlim faciəsindən sonra vəzifəsindən azad edilən Dauren Kosanovu əvəz edib.
No Comment! Be the first one.