Albaniyada etirazçılar bələdiyyə binasını yandırıblar
Albaniyanın paytaxtı Tiranada hökumət əleyhinə keçirilən kütləvi aksiyalar zamanı qarşıdurma daha da şiddətlənib.
hadiseler.info “CNA”ya istinadən xəbər verir ki, nümayişçilər paytaxtdakı bələdiyyə binasını od vuraraq yandırıblar. Binanın əsas girişində başlayan alov qısa müddət ərzində daxilə və birinci mərtəbəyə yayılıb. Hadisə zamanı bələdiyyə binasının ətrafında yüzlərlə etirazçı toplaşıb.
Qeyd edək ki, Tiranada gərginlik oktyabrın 13-də Təhsil Nazirliyinin qarşısında tələbələrin keçirdiyi etiraz aksiyasından sonra kəskin şəkildə artıb. Hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında toqquşmalar artıq 10 gündən çoxdur ki, səngimir. Etirazçılar ölkənin Baş naziri Edi Ramanın istefasını tələb edirlər.
No Comment! Be the first one.