Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
hadiseler.info xəbər verir ki, Albaniyada polis bir neçə gün ərzində etirazlar zamanı müxtəlif hüquqpozmalara görə 83 nəfəri cərimələyib.
“Balkan Insight” məlumat yayılıb.
Bildirilib ki, yolu bağlayan və nəqliyyat vasitələrinin hərəkətinə mane olan vətəndaşlar cərimələnib. Onların hər birinə 5 min alban leki (55 avro) məbləğində inzibati cərimə təyin edilib.
Yeni qanunvericilik oktyabrın 28-də Baş nazir Edi Rama tərəfindən tətbiq edilib. Tədbirlər arasında etirazçıların polisin əmrlərinə tabe olmadığı hallarda tətbiq edilə biləcək cərimələr də yer alır.
No Comment! Be the first one.