Aleksandr Şarovski ilə vida mərasimi keçirilib
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi baş tutub.
hadiseler.info xəbər verir ki, vida mərasimində dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, həmçinin teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli çıxışında Aleksandr Şarovskinin ömrünün 60 ilini teatra həsr etdiyini və onun vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu diqqətə çatdırıb. Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov sənətkarın yoxluğu ilə barışmağın çətin olduğunu vurğulayıb. Teatrın direktoru Oleq Əmirbəyov isə A.Şarovskinin ömrünün son günlərinə qədər yeni tamaşalar haqqında düşündüyünü bildirib.
No Comment! Be the first one.