Almaniyada dəmir yolu vağzalında partlayış: Yaralılar var- VİDEO
Almaniyanın Auqsburq şəhərinin mərkəzi dəmir yolu vağzalında partlayış baş verib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, insident nəticəsində 17 yaşlı qadın və 18 yaşlı kişi olmaqla, iki Ukrayna vətəndaşı xəsarət alıb.
“Bild” nəşrinin yaydığı məlumata əsasən, partlayış türklərə məxsus qızıl mağazasının yaxınlığında qumbaranın işə düşməsi nəticəsində qeydə alınıb. Hazırda polis hadisənin mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəli olması versiyasını araşdırır.
No Comment! Be the first one.