Almaniyada helikopter meşəyə düşdü, pilot həlak oldu
Almaniyada faciəvi helikopter qəzası qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Noydorf və Berenştayn yaşayış məntəqələri arasındakı meşəlik ərazidə helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində hava gəmisinin pilotu həyatını itirib.
Almaniya polisinin verdiyi məlumata görə, çırpılmadan dərhal sonra güclü yanğın başlayıb və helikopter tamamilə yanaraq kül olub.
Hadisə Erzgebirge silsiləsinə (Filiz dağları) daxil olan 887 metr hündürlükdəki dağın yaxınlığında baş verdiyi üçün əraziyə çətin keçilən relyef üzrə fəaliyyət göstərən çoxlu sayda yanğınsöndürmə heyəti və xilasedicilər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.