Almaniyada təyyarə qəzaya uğradı: 3 nəfər həlak oldu
Almaniyanın qərb hissəsində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində faciəvi aviasiya qəzası baş verib.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə DPA informasiya agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla təxminən saat 11:20-də (Bakı vaxtı ilə 13:20-də) Erkelents şəhərinin yaxınlığında qeydə alınıb. “Cessna” markalı yüngülmühərrikli təyyarə əkin sahəsinə çırpılıb. Qəza nəticəsində hava gəmisinin göyərtəsində olan hər üç şəxs həyatını itirib.
Faciənin başvermə səbəbləri və həlak olan şəxslərin kimliyi hələlik müəyyən edilməyib, faktla bağlı araşdırmalar davam edir.
No Comment! Be the first one.