Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Cəmiyyət

ANAMA sədri: “Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib”

Sentyabr 8, 2026
57 Views

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilkin qiymətləndirmələrə əsasən, 1 milyondan çox mina və partlayıcı sursatla çirkləndirilib.

hadiseler.info xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən panel sessiyada bildirib.

ANAMA sədrinin sözlərinə görə, Azərbaycan minalardan ən çox çirkləndirilmiş ölkələr sırasındadır:

“İqlim dəyişikliyi selə, quraqlığa, meşə yanğınlarına səbəb olur. Lakin insanların yaşamağına mane yaradan təkcə bunlar deyil. Müharibələrdən sonra çirklənən ərazilər də buna aiddir. Minalar təkcə torpaqları deyil, suları da çirkləndirir. Həmçinin minalar işğaldan azad edilmiş ərazilərdə yolların salınması, yaşayış məntəqələri və evlərin tikilməsini gecikdirir”.

Vüqar Süleymanov vurğulayıb ki, mina təhlükəsi torpağın, suyun, biomüxtəlifliyin və bütövlükdə ekosistemin təhlükəsizliyinə təsir edən qlobal problemdir.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından etibarən ANAMA və digər aidiyyəti qurumlar tərəfindən 300 565 hektar ərazi təmizlənib, 261 705 ədəd mina və partlayıcı sursat zərərsizləşdirilib. O cümlədən ekoloji qiymətləndirmə layihələri, milli parklar, dövlət təbiət yasaqlıqları və su hövzələri üzrə 31 037 hektar, kənd təsərrüfatı üçün 132 447 hektar, yaşayış infrastrukturu üçün 71 202 hektar, energetika sektoru üçün 12 443 hektar, meliorasiya layihələri üçün isə 8 447 hektar ərazi minalardan tam təmizlənib.

Agentlik rəhbəri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və dayanıqlı qayıdışın təminatı məqsədilə təhlükəli sahələrin təmizlənməsi ilə yanaşı, yüksək çirklənmə olan ərazilər konservasiya olunaraq çəpərlənir.

Tags:

#Ekologiya#HadiselerInfo#MinaTəhlükəsi#Minatəmizləmə#Qarabağ#ŞərqiZəngəzur#VüqarSüleymanovANAMA

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Saniyə fərqi ilə faciənin qarşısını aldı – VİDEO  

Next

Gürcüstan Azərbaycan vətəndaşı da daxil olmaqla 61 əcnəbini deportasiya etdi- VİDEO

Next
Sentyabr 8, 2026

Gürcüstan Azərbaycan vətəndaşı da daxil olmaqla 61 əcnəbini deportasiya etdi- VİDEO

Previous
Sentyabr 8, 2026

Saniyə fərqi ilə faciənin qarşısını aldı – VİDEO  

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Ayla
Noyabr 8, 2026
Siyasət
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Ayla
Noyabr 8, 2026
Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Şuşada İlham Əliyev və Ərdoğanın təkbətək görüşü keçirilir
Noyabr 8, 2026
Ali Məhkəmənin kollektivi Zəfər Parkını ziyarət edib
Noyabr 8, 2026
Şuşada Türkiyə Prezidenti Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – Video
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 648
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya