ANS-in keçmiş əməkdaşı direktor təyin olundu
“MTV Azərbaycan” telekanalında yeni kadr təyinatı gerçəkləşib.
hadiseler.info “Yurd.Media”ya istinadən xəbər verir ki, Sevinc Tahirova “MTV Azərbaycan”ın yeni icraçı direktoru vəzifəsinə gətirilib. Qeyd edək ki, S.Tahirova bu ilin sentyabr ayında həmin telekanalın Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Təcrübəli jurnalist daha əvvəl ANS TV və Lider TV kimi tanınmış media qurumlarında jurnalist, eləcə də ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisi kimi fəaliyyət göstərib.
No Comment! Be the first one.