ATU-da təhsil haqqı 1500 manatadək azaldıldı – RƏSMİ
Azərbaycan Tibb Universitetində (ATU) 2026-2027-ci tədris ili üzrə təhsil haqları ötən illə müqayisədə 1000-1500 manatadək endirilib.
hadiseler.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu addım ali təhsilin daha əlçatan olması məqsədilə atılıb.
Yeni qərara əsasən, Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat olub. Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı işi ixtisaslarında isə bu məbləğ 4500 manat təşkil edir.
Beləliklə, Tibb və Stomatologiya ixtisaslarında illik təhsil haqqı 1500 manat düşüb. Digər qeyd olunan ixtisaslarda isə 500 manat azalma qeydə alınıb.
Universitetdən həmçinin bildirilib ki, ödənişli qəbul planı da minimuma endirilib. Dövlət sifarişi ilə təhsil alanların xərcləri isə dövlət tərəfindən tam ödənilir.
No Comment! Be the first one.