Avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini tam yekunlaşdırıb.
hadiseler.info xəbər verir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb. Beləliklə, Qurum avqust ayına nəzərdə tutulan bütün sosial ödənişlərin maliyyələşdirilməsini başa çatdırıb.
Qeyd edək ki, bundan əvvəl – avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, avqustun 21-də isə ölkənin digər bölgələrində yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.
No Comment! Be the first one.