Avtomobil elektrik dirəyinə çırpıldı, 25 yaşlı sürücü həlak oldu
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan “Ford” markalı yük avtomobili əvvəlcə yol kənarındakı elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Qəza zamanı avtomobilin sürücüsü, 25 yaşlı kənd sakini Fərid Tağıyev aldığı ağır xəsarətlərdən yerindəcə həlak olub. Hadisə zamanı elektrik dirəyinin aşması səbəbindən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları sürücünün sıxılmış vəziyyətdə qalan meyitini xüsusi alətlərlə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



No Comment! Be the first one.