Axtarış zamanı şəhid olan İlkin Bayramovun anası vəfat etdi
Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası dünyasını dəyişib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda vəfat edib. O, ötən gün doğulduğu kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, İlkin Bayramov Vətən müharibəsində fəal iştirak edərək torpaqlarımızın azadlığı uğrunda vuruşub. O, 2021-ci il aprelin 4-də Suqovuşan istiqamətində işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı baş verən mina partlayışı nəticəsində ağır xəsarət almışdı. 12 gün koma vəziyyətində qalan İ.Bayramov aprelin 16-da müalicə olunduğu xəstəxanada şəhidlik zirvəsinə ucalmışdı.
No Comment! Be the first one.