Azərbaycan çempionatları tarixində 15 000-ci qol vuruldu
Azərbaycan çempionatları tarixində yüksək liqada 15 000-ci yubiley qolu qeydə alınıb.
hadiseler.info xəbər verir ki, əlamətdar top Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.
“Zirə” və “Sumqayıt” komandaları arasında keçirilən görüşdə vurulan ikinci qol ölkə çempionatları tarixinin 15 000-ci qolu kimi yadda qalıb. Bu tarixi topa meydan sahiblərinin futbolçusu Rikardo Martins imza atıb.
Məlumat üçün bildirək ki, həmin qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. Ümumilikdə 35 mövsümü əhatə edən çempionatların ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.
Xatırladaq ki, Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov olub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol taparaq yeni səhifənin əsasını qoymuşdu.
No Comment! Be the first one.