Azərbaycan millisi Andorraya qalib gəldi
Azərbaycanın 15 yaşadək oğlanlardan ibarət milli komandası Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
hadiseler.info xəbər verir ki, yığmamız Andorra seçməsi ilə qarşılaşma yox, turnir çərçivəsində matçda rəqibini minimal hesabla – 1:0 hesabıyla məğlub edib.
Xatırladaq ki, bundan əvvəl Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi baş tutub. Açılış matçında Azərbaycan yığması Timor-Leste komandasını 6:0 hesabı ilə darmadağın etmişdi. FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.
No Comment! Be the first one.