“Azərbaycan öz enerjisini Ermənistana sata bilər” – Deputatdan mühüm açıqlama
Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı AzTV-yə verdiyi müsahibə bölgədəki enerji təhlükəsizliyi baxımından mühüm mesajlarla yadda qalıb.
hadiseler.info xəbər verir ki, mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov dövlət başçısının Naxçıvanın inkişafı və alternativ enerji layihələri barədə mühüm tapşırıqlar verdiyini vurğulayıb.

Deputat bildirib ki, Prezidentin toxunduğu ən kritik məsələlərdən biri Ermənistandakı köhnəlmiş Atom Elektrik Stansiyası (AES) ilə bağlıdır:
“Bu stansiya bütün region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan və Türkiyə beynəlxalq platformalarda bu məsələni dəfələrlə qaldırıb. Stansiyanın istismar müddətinin uzadılması sonsuz ola bilməz və o, gec-tez bağlanmalıdır. Ermənistan hökuməti bu istiqamətdə addım atmalıdır. Bu prosesdə Azərbaycan da Ermənistana dəstək göstərə bilər – yəni ölkəmiz öz enerjisini Ermənistana sata bilər. İrəvan bu fürsəti dəyərləndirməlidir”.
No Comment! Be the first one.