Azərbaycan sərhədində əməliyyat: Rusiya tərəfə keçmək istəyən Əlcəzair vətəndaşları tutuldu
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb.
hadiseler.info Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhədçilərin sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində sərhədi pozmağa çalışan 2 Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari ele keçirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri ardıcıllıqla davam etdirilir.

No Comment! Be the first one.