Azərbaycanda alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir
hadiseler.info xəbər verir ki, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı dövlət rüsumu ləğv edilir.
Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Hazırda qüvvədə olan qanuna görə alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi ilə bağlı 100 manat rüsum alınır.
No Comment! Be the first one.