Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə növbəti çağırış və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması prosesi başlayıb.
hadiseler.info xəbər verir ki, Prezident İlham Əliyevin sentyabrın 2-də imzaladığı Sərəncama əsasən, çağırış oktyabrın 1-dən 30-dək davam edəcək.
Sərəncama uyğun olaraq, 2008-ci ildə doğulmuş və çağırış günü də daxil olmaqla 18 yaşı tamam olmuş, həmçinin 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılırlar. Çağırış Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya azad edilməmiş şəxsləri əhatə edir.
Həmçinin, qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
No Comment! Be the first one.