Azərbaycanda rəsmi işsiz şəxslərin sayı açıqlandı
Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda 248,5 min nəfər işsiz şəxs kimi rəsmi qeydiyyatda olub.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
Dərc olunan sənədə əsasən, bu göstərici ilin əvvəli (yanvarın 1-i) ilə müqayisədə 3,6 faiz çoxdur.
Məlumata görə, son 1 il ərzində ölkədə rəsmi işsizlərin sayında 8,5 faizlik artım qeydə alınıb.
No Comment! Be the first one.