Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsinə yeni seçki prosesi ilə bağlı addım atılır.
hadiseler.info xəbər verir ki, oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. İclasın gündəliyinə “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələ daxil edilib.
Qanunvericiliyə əsasən, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses ölkənin İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Xatırladaq ki, hazırkı ombudsman Səbinə Əliyeva bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi.
No Comment! Be the first one.