Azərbaycanın Daxili İşlər naziri Türkiyənin Emniyet Genel Müdürü ilə görüşüb
Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyə Daxili İşlər Nazirliyinin Emniyet genel müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
hadiseler.info xəbər verir ki, Ali Fidan və onu müşayiət edən heyət əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Daha sonra Azərbaycanın Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov qonaqları qəbul edib. Nazir iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, keçirilən işçi görüşlərin təcrübə mübadiləsinə və praktiki fəaliyyətin səmərəliliyinə mühüm töhfə verəcəyini vurğulayıb.
Ali Fidan göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, qlobal təhdidlərə və cinayətkarlığa qarşı birgə mübarizənin vacibliyini qeyd edib. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.
No Comment! Be the first one.