Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
Dünya bazarlarında Azərbaycanın “Azeri Light” (CIF) markalı xam neftinin qiymətində yüksəliş dinamikası davam edir.
hadiseler.info xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 1,29 ABŞ dolları artaraq 122,37 ABŞ dollarına yüksəlib.
Məlumat üçün bildirək ki, Azərbaycanın bu il üçün dövlət büdcəsində 1 barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
No Comment! Be the first one.