Azərbaycan və Özbəkistan arasında 5 strateji sahədə mühüm sənədlər imzalandı
Daşkənddə uğurla başa çatan IV Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığı əhatə edən bir sıra yeni sənədlər imzalanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat verib.
Nazirin sözlərinə görə, imzalanan sənədlər enerji, maliyyə, infrastruktur, tikinti və istehsalat kimi 5 prioritet sahəni əhatə edir. Bu razılaşmalar biznes assosiasiyaları arasında əlaqələrin möhkəmlənməsinə, özəl sektorun potensialının tam reallaşdırılmasına və birgə investisiya layihələrinin həyata keçirilməsinə xidmət edəcək. M.Cabbarov dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasındakı iqtisadi münasibətlərin sürətlə şaxələndiyini də xüsusi vurğulayıb.
No Comment! Be the first one.