Azərbaycan və Qırğızıstan arasında bəzi yük daşımaları icazəsiz həyata keçiriləcək
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələrinin inkişaf etdirilməsi məqsədilə yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
hadiseler.info xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki ölkə arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi baxılıb. Sənədə əsasən, hər iki ölkədə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə açıq yollarla yük və sərnişin daşımaları həyata keçiriləcək.
Sazişə görə, avtobuslarla müntəzəm sərnişin daşımaları əvvəlcədən razılaşdırılmaqla, qeyri-müntəzəm daşımalar isə xüsusi icazələr əsasında icra olunacaq. Yük daşımaları zamanı tranzit və üçüncü ölkələrə daşımalar icazə əsasında, təhlükəli və iriqabaritli yüklər isə xüsusi icazə ilə həyata keçiriləcək. Bununla belə, poçt göndərişləri, teatr dekorasiyaları, ölülərin cəsədləri və külləri kimi bəzi xüsusi yük daşımaları üçün heç bir icazə tələb olunmayacaq. Həmçinin ağır xəstələrin, canlı heyvanların və tez xarab olan yüklərin daşınması zamanı sərhəd və gömrük nəzarəti prioritet qaydada reallaşdırılacaq.
No Comment! Be the first one.