Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında saziş təsdiqlənib
Milli Məclis Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib.
hadiseler.info xəbər verir ki, sazişin təsdiqi haqqında qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılaraq bir oxunuşda qəbul olunub.
2026-cı il iyulun 8-də Bakıda imzalanmış sənədin əsas məqsədi tərəflər və ya onların müqavilə icraçıları arasında mübadilə edilən məxfi məlumatların mühafizəsini təmin etməkdir. Sazişdə məxfilik dərəcələri Azərbaycan üçün “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” kimi müəyyənləşdirilib.
Sənədə əsasən, məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, öhdəlik götürmüş və müqavilə imzalamış şəxslərə verilir. Elektron üsulla ötürülmə yalnız təsdiqlənmiş kriptoqrafik vasitələrlə həyata keçirilə bilər. Həmçinin sazişin tətbiqindən yaranacaq hər hansı mübahisə yalnız tərəflər arasında danışıqlar yolu ilə həll olunacaq, beynəlxalq və ya milli məhkəmələrə müraciət edilməyəcək.
No Comment! Be the first one.