Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.
hadiseler.info xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən alınan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur.
Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.
No Comment! Be the first one.