Azərbaycanda MMC-lərin elektron qeydiyyatı rüsumsuz olacaq
hadiseler.info xəbər verir ki, Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq.
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapan yeniliyə əsasən, bu addım sahibkarlığın inkişafına dəstək məqsədi daşıyır. Qeyd edək ki, indiyədək yalnız ümumi hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz həyata keçirilirdi.
No Comment! Be the first one.