Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 888 milyon manat təşkil edib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata əsasən, nağdsız ödənişlərin 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminallarının payına düşüb. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatlar ümumi kart əməliyyatlarının 69,8 %-ni təşkil edib.
Avqustun 1-ə ölkədə ödəniş kartlarının sayı illik 8,7 % artaraq 22 milyon 974 min ədədə çatıb. Son bir ildə debet kartlarının sayı 10,2 % artaraq 20,952 milyon (dövriyyə 12,53 milyard manat), kredit kartlarının sayı isə 4,3 % azalaraq 2,022 milyon (dövriyyə 720 milyon manat) olub.
Bundan başqa, hesabat dövründə bankomatların sayı 3,8 % artaraq 3 596 ədədə (Bakıda 1 936 ədəd) yüksəlib, POS-terminalların sayı isə 7 % azalaraq 141 696 ədədə (Bakıda 89 852 ədəd) enib.
No Comment! Be the first one.