Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəyə çıxarılacağı tarix açıqlanıb
Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt məlum olub.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanun layihəsi noyabrın 4-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq. Sənədin yalnız profil komitədə deyil, digər komitələrlə birgə müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
No Comment! Be the first one.