Azərbaycanın axtarışa verdiyi vəzifəli şəxs Ukraynada saxlanıldı
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğu ilə apardığı danışıqlar və təqdim etdiyi beynəlxalq sənədlər nəticəsində axtarışda olan Azərbaycan vətəndaşı Ənvər Tağıyevin ölkəyə ekstradisiyası üzrə razılıq əldə olunub.
hadiseler.info xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaq zamanı Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili olmuş Ənvər Tağıyevin qaçaqmalçılıq törətməsinə və aksiz markası olmayan yükü satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqdan yayınaraq gizləndiyi üçün İnterpol vasitəsilə beynəlxalq axtarışa verilən Ə.Tağıyevin Ukrayna ərazisində yeri müəyyən olunaraq saxlanılması təmin edilib. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
No Comment! Be the first one.