Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyən vətəndaşlara müraciət etdi
Azərbaycan Respublikasının İrandakı səfirliyi uçuşların ləğv edilməsi səbəbindən ölkəyə qayıda bilməyən vətəndaşlara bildiriş ünvanlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə məlumat səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılıb.
Bildirişdə vurğulanır ki, İran İslam Respublikasından Azərbaycana nəzərdə tutulan sərnişin təyyarə reyslərinin ləğvi ilə əlaqədar, bilet əldə etmiş vətəndaşların quru yolu sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə qayıdışına köməklik göstərilməsi üçün Azərbaycanın İrandakı Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri xahiş olunur.
Həmçinin, İran aviaşirkətlərindən bilet almış vətəndaşlara biletlərin qaytarılması üçün həmin şirkətlərin satış məntəqələrinə müraciət etmələri tövsiyə edilir.
Əlaqə üçün qaynar xətt nömrələri:
İrandakı Səfirlik: +989018845531, +989055230107, +982122596303
Təbrizdəki Baş Konsulluq: +989144721410, +984133334802
No Comment! Be the first one.