Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
Gürcüstanın “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze vətənə xəyanət ittihamı ilə həbs olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu rəsmi məlumat yayıb. Baş Prokurorluğun nümayəndəsi Beka Kvitsiani keçirdiyi brifinqdə bildirib ki, Çubinidze ilin əvvəlindən mətbuatda və sosial şəbəkələrdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Keşikçidağ (David Qareci) monastır kompleksinin bir hissəsini gizli şəkildə Azərbaycana verməsi barədə yalan və dezinformasiya xarakterli məlumatlar yayıb.
İstintaq orqanlarının araşdırması nəticəsində jurnalistin iddiaları tamamilə təkzib edilib. Qeyd olunub ki, Dito Çubinidze yaydığı əsassız şayiələrlə iki ölkə arasında demarkasiya və delimitasiya üzrə dövlətlərarası komissiyanın fəaliyyətinə mane olub. İrəli sürülən vətənə xəyanət maddəsi üzrə jurnalisti 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Azərbaycan-Gürcüstan sərhədində yerləşən qədim Keşikçidağ kompleksi iki dövlət arasında sərhədin delimitasiyası prosesində ən həssas mövzulardan biri sayılır. Azərbaycan tərəfi məsələnin beynəlxalq hüquq normaları və tarixi-kartoqrafik sənədlər əsasında ədalətli həllinin tərəfdarıdır.
No Comment! Be the first one.