Azad Xudafərinin 6-cı ili
Bu gün Cəbrayıl rayonunun Xudafərin kəndinin və tarixi Xudafərin körpülərinin erməni işğalından azad edilməsindən 6 il ötür.
hadiseler.info xəbər verir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsinin 22-ci günündə – 2020-ci il oktyabrın 18-də strateji və tarixi əhəmiyyətə malik Xudafərin körpülərini və Xudafərin kəndini düşmən tapdağından azad edib.
Həmin şanlı gündə rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyaraq dövlət sərhədi boyunca irəliləyişini uğurla davam etdirib.
Tarixi Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması Vətən müharibəsinin ən mühüm mənəvi və strateji qələbələrindən biri kimi tarixə düşüb.
No Comment! Be the first one.