Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni rəhbər seçilib.
hadiseler.info xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən konfransda tutulan səsvermənin nəticələrinə əsasən, AKİ-nin yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə olunub.
Xatırladaq ki, AKİ-nin keçmiş sədri, Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra qurumun sədrı səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi. Bundan əvvəl qurumun katibi Əli İsa Cabbarovun namizədliyi irəli sürülsə də, o, ötən ay namizədliyini geri çəkdiyini və işdən çıxmaq haqqında ərizə təqdim etdiyini açıqlamışdı.
No Comment! Be the first one.