Xaçmazda genişmiqyaslı narkoəməliyyat: 7 nəfər həbs olundu- VİDEO- FOTO
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, narkotik tərkibli bitkilərin kultivasiyası, satışı və saxlanılması ilə məşğul olan Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudov tutulublar.
Keçirilən baxış əməliyyatları zamanı həmin şəxslərdən:
Ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol,
3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan 7 şəxsin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

No Comment! Be the first one.