Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir
hadiseler.info xəbər verir ki, Azərbaycan və Qırğızıstan fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verilir ki, Bişkek şəhərində keçirilən “Data Protection Forum 2026” beynəlxalq forumu çərçivəsində MKA ilə Qırğızıstanın Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında qurum rəhbərləri tərəfindən imzalanmış əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.
Məlumatız əsasən, sənəd fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın inkişafı, müvafiq qurumlar arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə fərdi məlumat subyektlərinin hüquqlarının müdafəisi istiqamətində birgə fəaliyyətin güçləndirilməsini nəzərdə tutur.
Bu beynəlxalq forumda MKA-nı Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib. O, tədbir çərçivəsində keçirilən müzakirələrdə süni intellektin inkişafı fonunda fərdi məlumatların mühafizəsi, rəqəmsal etimadın təmin olunması istiqamətində Azərbaycanda həyata keçirilən işlər barədə məlumat verib.


No Comment! Be the first one.