Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF) ilə Birgə İnvestisiya Fondu yaradır.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən fond Azərbaycanda və Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
AİH və SRF tərəfindən idarə olunacaq fond perspektivli layihələrin birgə dəyərləndirilməsi və uzunmüddətli kapitalın cəlb edilməsi üçün mexanizm formalaşdıracaq. Bu addım 2025-ci ilin aprel ayında iki qurum arasında imzalanmış Çərçivə Sazişinə əsaslanır.
Fondun yaradılması Azərbaycan ilə Çin arasında iqtisadi və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.
No Comment! Be the first one.