Azərbaycanda 3 illik bakalavr təhsili tətbiq edilə bilər
Milli Məclisdə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi və yeni təhsil standartlarının gətirilməsi təklif olunub.
hadiseler.info xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və Təhsil komitəsinin 2026-cı il payız sessiyasının ilk iclasında deputat Fariz İsmayılzadə çıxış edib.

Deputat bildirib ki, Amerika Birləşmiş Ştatlarının bəzi universitetləri artıq 3 illik bakalavr təhsil sisteminə keçid edib. Bu addım əmək bazarının sürətlə dəyişən tələbləri, çeviklik, yeni ixtisasların yaradılması və təhsilin daha əlçatan olması ilə əsaslandırılır.
Fariz İsmayılzadə vurğulayıb ki, Azərbaycanda da ali təhsil haqqında qanunvericiliyə yenidən baxılması və beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir. Deputat universitetlərin çevikliyini artırmaq məqsədilə bu mövzuda ictimai dinləmələrin keçirilməsini də təklif edib.
No Comment! Be the first one.