Bakıda yataqxanada kişi meyidi tapıldı
Bakının Pirallahı rayonunda ölüm hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən SOCAR-ın “Azneft” Qazma İdarəsinin yataqxanasında baş verib.
Hacıqabul rayon sakini, 47 yaşlı Ramil Əliyevin meyiti qaldığı yataqxana otağında aşkarlanıb. Meyitə baxış zamanı üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.