Azərbaycanda güclü külək gözlənilir: Sarı və narıncı XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti avqustun 31-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.
hadiseler.info xəbər verir ki, küləyin sürəti regionlara uyğun olaraq müxtəlif dərəcələrdə güclənəcək:
Narıncı xəbərdarlıq: Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi, eləcə də Goranboy, Naftalan, Culfa və Ordubadda şərq küləyi əsəcək. Bu ərazilərdə küləyin sürətinin saniyədə 20.8-28.4 metrə çatacağı gözlənilir.
Sarı xəbərdarlıq: Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad və Cəbrayılda şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.
No Comment! Be the first one.