Azərbaycanda LGBT təbliğatını qadağan edən yeni qanun qəbul edilir
Azərbaycanda LGBT təbliğatının, eləcə də qeyri-ənənəvi münasibətlərin ictimai məkanda və mediada təşviqini qadağan edən yeni qanun layihəsi hazırlanır.
hadiseler.info “Operativ Media”ya istinadən xəbər verir ki, qanunun qəbulunda əsas məqsəd uşaqların və yetkinlik yaşına çatmayanların psixi və mənəvi sağlamlığına zərərli hesab edilən informasiyalardan qorunmasıdır.
Yeni hüquqi tənzimləməyə əsasən, aşağıdakı sahələrdə kəskin məhdudiyyətlər tətbiq olunacaq:
Media və İnternet: Qeyri-ənənəvi münasibətlərin və zərərli meyillərin təbliğatı uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil edilir. İnternetdəki paylaşımlar, videolar və bloq yazıları nəzarətə götürüləcək. Qaydaları pozan media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi nəzərdə tutulur.
Reklam və Kino: Müvafiq məzmunun filmlərdə, kütləvi nümayişlərdə və reklam çarxlarında yayılması tamamilə qadağan ediləcək.
Təhsil: Məktəblərdə və təhsil müəssisələrində qeyri-ənənəvi meyilləri təbliğ edən hər hansı məzmunun istifadəsi məqbul hesab olunmayacaq.
Hüquqi Məsuliyyət: Qanun pozuntularına görə ciddi cərimələr, təkrar xətalara görə isə inzibati həbs və digər hüquqi təsir tədbirləri tətbiq ediləcək.
No Comment! Be the first one.