Türkiyədə uşaqlara sosial şəbəkə məhdudiyyəti gətirilir
Türkiyədə yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsinə dair qaydalar kəskin sərtləşdirilir.
hadiseler.info xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanan müvafiq normativ akt oktyabrın 10-da “Resmi Gazete”də dərc olunub.
Yeni qaydalara əsasən, noyabrın 1-dən etibarən tətbiq ediləcək əsas məhdudiyyətlər və şərtlər aşağıdakılardır:
15 yaşdan kiçik uşaqlar: Sosial şəbəkə platformalarının 15 yaşdan kiçik uşaqlara xidmət göstərməsi tam qadağan edilir.
15–18 yaş arası yeniyetmələr: Bu yaş qrupundakı istifadəçilər üçün gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunacaq. Onların profilləri standart olaraq qapalı saxlanılacaq.
Yaş təsdiqi (“e-Devlet”): İstifadəçilərin yaşı “e-Devlet” sistemi üzərindən xüsusi identifikatorla təsdiqlənəcək. Aktiv hesabların yaş təsdiqi prosesi 2027-ci il martın 31-dək tamamlanmalıdır.
Məhdudlaşdırılan funksiyalar: 15–18 yaşlı istifadəçilərə canlı yayımlar, fərdiləşdirilmiş reklamlar, məzmun və profil tövsiyələri qadağan olunur. Sosial şəbəkələr uşaqların hesablarını telefon kitabçası və ya dostluq siyahıları ilə sinxronlaşdıra bilməyəcək.
Valideyn nəzarəti: Platformalar valideynlər üçün xüsusi nəzarət alətləri yaratmağa məcbur edilir. Valideynlər uşaqların istifadə müddətini, geolokasiyasını və ödənişli əməliyyatlarını idarə edə biləcəklər.
No Comment! Be the first one.