Azərbaycanın İrandakı səfirliyi müharibə şəraitində fəaliyyət göstərən diplomatik korpuslar siyahısına salındı
Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına dəyişiklik edilib.
hadiseler.info xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, İran İslam Respublikası da sözügedən siyahıya daxil olunub.
Qeyd edək ki, bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.
No Comment! Be the first one.