Azərbaycanla Monqolustan arasında hava əlaqəsi qurulur
Azərbaycanla Monqolustan arasında birbaşa hava əlaqəsinin yaradılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılıb.
hadiseler.info xəbər verir ki, iki ölkə arasında hava əlaqəsi üzrə saziş bu il mayın 6-da Almaniyanın Leypziq şəhərində imzalanıb.
Müzakirə olunan sənəd Azərbaycan və Monqolustan arasında iqtisadi-mədəni əlaqələrin inkişafına töhfə vermək, aviaşirkətlər üçün səmərəli əməkdaşlıq mühiti yaratmaq və uçuşların həyata keçirilməsi üçün möhkəm hüquqi baza formalaşdırmaq məqsədi daşıyır.
Layihə komitə iclasında baxıldıqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
No Comment! Be the first one.