Suriyada benzinin qiyməti artdı, etirazlar başladı – VİDEO
Suriyada yanacaq qiymətlərinin kəskin bahalaşması ölkə miqyasında kütləvi etiraz aksiyalarına səbəb olub.
hadiseler.info xəbər verir ki, aksiyalar daha çox Rəqqə, Hələb və İdlib şəhərlərində qeydə alınıb.
Axşam saatlarında nümayişçilər Suriyanın Hələb və Hama şəhərlərini birləşdirən əsas M5 magistral yolunu təkərlər yandırmaqla hərəkətə bağlayıblar.
Qiymət dəyişikliyinə əsasən, sentyabrın 13-dən etibarən yanacaq 40% bahalaşıb:
Aİ-95 benzin: 152 Suriya lirəsindən (~2,11 AZN) 195 lirəyə (~2,70 AZN) qalxıb.
Dizel yanacağı: 125 lirədən (~1,73 AZN) 175 lirəyə (~1,99 AZN) yüksəlib.
Suriyanın Energetika Nazirliyi qiymət artımını dünya bazarlarındakı mövcud vəziyyət və ölkənin idxaldan asılılığının yüksək olması ilə əlaqələndirib.
No Comment! Be the first one.