İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin açılışında iştirak edib- FOTOLAR
Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
hadiseler.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına şəhərcik barədə ətraflı məlumat verib. Təməli ötən ilin oktyabrında qoyulan birinci mərhələ 5 hektardan çox ərazini və 20 min kvadratmetrlik 4 korpusu əhatə edir. Burada 1500-dən çox tələbənin tədris və praktiki fəaliyyətə cəlb edilməsi, ümumilikdə isə gündəlik 3 min ziyarətçinin qəbulu nəzərdə tutulur. Şəhərcikdə restoranlar, tədbir zalı, idman meydançaları, padel kortları və istirahət zonaları istifadəyə verilib.
Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub), “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Süni İntellekt Assistent” layihəsi barədə məlumat təqdim edib. Mərkəz çərçivəsində bu günədək 50 süni intellekt həlli hazırlanıb, yerli və xarici (Sinxua, Oksford, Boğaziçi) universitetlərlə əməkdaşlıq qurulub.
Ümumilikdə şəhərcikdə BDU, AzTU və ADNSU tərəfindən 13 tədqiqat laboratoriyası, 12 startaplıq kovorkinq zonası və 22 ofis sahəsi yaradılıb.








No Comment! Be the first one.