Bərdə şəhərinə raket hücumundan 6 il ötür
Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələri də Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib.
hadiseler.info xatırladır ki, 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi, oktyabrın 28-də isə Bərdə şəhəri raket hücumlarına məruz qalıb. Həmin gün şəhərə endirilən ağır zərbələr nəticəsində 21 nəfər həlak olub, 70 nəfər yaralanıb. Hücum zamanı mülki infrastruktura, yaşayış evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Rəsmi məlumatlara görə, şəhərə endirilən zərbələr zamanı “Smerç” yaylım atəşli reaktiv sistemindən istifadə edilib. Raketlərdə kasset tipli sursatların olması mülki əhali arasında ölən və yaralananların sayının artmasına səbəb olub.
Bərdə hücumları Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinin üzləşdiyi ən ağır və qanlı faciələrdən biri kimi yadda qalıb. Hücumlarla bağlı faktlar Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən sənədləşdirilib və araşdırılıb.
No Comment! Be the first one.